Qəhvə tullantısından torpağa: Kompost gübrə
Kafelərimizdən toplanan qəhvə posaları təbii üsullarla kompost gübrəyə çevrilir və fermerlərə pulsuz təqdim olunur.
Esperro olaraq, təbiətin bizə verdiyi hər qaynağın dəyərini bilir və bu dövrəni qorumağa çalışırıq. Qəhvə istehsalı zamanı yaranan qəhvə posalarını atmaq əvəzinə təbiətə qaytarmağın yolunu axtardıq. Beləliklə “Qəhvə tullantısından torpağa: Kompost gübrə” layihəsi yarandı. Kafelərimizdən və istehsal sahələrimizdən toplanan qəhvə posaları təbii üsullarla kompost gübrəyə çevrilir. Əldə olunan bu faydalı torpaq fermerlərə pulsuz çatdırılır. Bu layihə ilə həm tullantı miqdarını azaldır, həm də yerli kənd təsərrüfatını dəstəkləyirik.
Layihələrə qayıt